“Putinin nüvə silahı ilə bağlı açıqlamalarına diqqətlə yanaşmalıdır”- Türkiyə XİN başçısı

putin
putin

Dünya Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı açıqlamalarına diqqətlə yanaşmalıdır.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Rusiya liderinin açıqlamalarını təkcə təhdid kimi qəbul etmək olmaz.

Fidan qeyd edib ki, Ukraynada artıq bütün növ silahlardan istifadə olunub, bununla belə, münaqişə tamamlanmayıb: “Ya sülh bərqərar olacaq, ya da müharibə nəzarətdən çıxacaq. Buna görə də Putinin nüvə ritorikası nəzərə alınmalıdır”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.