Putinin oxşarının olduğu barədə iddialara aydınlıq gətirdi:“Bəli, belə bir ideya yaranmışdı"

Rusiya Prezidenti Vladimir Putin öz oxşarı ilə bağlı iddialara aydınlıq gətirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, V. Putin TASS-a müsahibəsində onu oxşarının əvəzləməsi haqda təklif aldığını etiraf edib.

Rusiya Prezidenti buna səbəb kimi 2000-ci illərin əvvəllərində təhlükəsizlik məsələlərinin əsas gətirildiyini vurğulayıb.

“Bəli, belə bir ideya yaranmışdı, lakin mən bundan imtina etdim. Bu, terrorizmlə mübarizədə ən çətin vaxtlar idi”, – deyə V. Putin qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət yoxdur

Sonrakı məqalə

Öcalanın qaldığı həbsxananın yerləşdiyi İmralı adasında meşə yanğını başlayıb