Putinin tələbə yoldaşı Rusiya Ali Məhkəməsinin yeni sədri oldu

Rusiyada Hakimlərin Ali İxtisas Kollegiyası Ali Məhkəmənin sədr müavini İrina Podnosovanı Ali Məhkəmənin rəhbəri vəzifəsinə tövsiyə edib.

Azpost.info xəbər verir ki, Kollegiyanın bütün üzvləri Podnosovanın namizədliyinə səs veriblər. Üstəlik, bu vəzifə üçün sənədləri təqdim edən yeganə ərizəçi o olub.

İrina Podnosovanın 71 yaşı var. O, 1953-cü ildə Pskovda dünyaya gəlib. 1975-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirən İrina Podnosova Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı olub.

30 il Ali Məhkəməyə rəhbərlik etmiş Vyaçeslav Lebedev fevralın 24-də vəfat edib. Hazırda Ali Məhkəmənin sədrinin səlahiyyətlərini müvəqqəti olaraq onun birinci müavini Pyotr Serkov icra edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.