Fitrə zəkatı hansı məbləğdə və nə zaman verilməlidir?- AÇIQLAMA

Ramazanda fitrə zəkatının məbləği hər bir şəxsin imkanından asılı olaraq 3-15 AZN arası dəyişə bilər.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu bilavasitə fitrə zəkatı verilən ərzaqın dəyərindən asılıdır.

“Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var.

Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaqın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə isə, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar.

Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər.

Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzaqı və ya başqa ehtiyacı olan əşyanı ala bilər”, – deyə deputat bildirib.

O qeyd edib ki, imkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir.

“Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi verilməlidir”, – deyə deputat əlavə edib(trend).

Əvvəlki məqalə

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib

Sonrakı məqalə

Putinin tələbə yoldaşı Rusiya Ali Məhkəməsinin yeni sədri oldu