Putinlə Ərdoğan yaxın vaxtlarda görüşəcək –Kremldən açıqlama

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında yaxın vaxtlarda görüş baş tutacaq.

Bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov əlavə edib ki, görüşün dəqiq harada və nə vaxt keçiriləcəyi bir müddət sonra açıqlanacaq.

Həmçinin qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Türkiyə xarici işlər nazirləri arasında Moskvada danışıqların baş tutacağını açıqlayıb.

Zaxarovanın sözlərinə görə, Sergey Lavrov və Hakan Fidan arasında yaxın vaxtlarda Moskvada görüş keçiriləcək, lakin görüşün dəqiq tarixi qeyd olunmayıb.

Əvvəlki məqalə

Azərbaycanda talassemiya xəstələrinin sayı açıqlanıb

Sonrakı məqalə

Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib