Putinlə Ərdoğan arasında telefon danışığı olub
Azpost.info bildirir ki, Kremlin yaydığı məlumata görə, Ərdoğan Putini ad günü münasibətilə ürəkdən təbrik edib.
Liderlər Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun olduqlarını və gələcək sıx qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər. Bəzi aktual ikitərəfli və beynəlxalq mövzular, o cümlədən Yaxın Şərqdəki vəziyyətin təhlükəli inkişafı müzakirə edilib.
Kazanda keçirilən BRİKS sammitində Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında ayrıca görüşün keçirilməsi barədə razılıq təsdiqlənib.