Putinlə Trampın mümkün görüşündən sonra nələr dəyişə bilər?

Putin-Tramp
Putin-Tramp

Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında Çində mümkün görüş, şübhəsiz ki, Avropa liderlərini sevindirməyəcək.

Teleqraf xəbər verir ki, bunu alman politoloq Alexander Rahr Telegram hesabında yazıb.

Onun fikrincə, üç dünya liderinin görüşü bir sıra qlobal problemlərin, xüsusən də Ukrayna münaqişəsi və Yaxın Şərqdəki böhranın həllinə kömək edə bilər.

“Belə üçtərəfli görüş diplomatiyanın əleyhinə və Ukraynada müharibənin tərəfdarı olan avropalıları qətiyyən sevindirməyəcək. Onlar hesab edirdilər ki, yenə də ABŞ onların tərəfindədir”, – politoloq bildirib.

Eyni zamanda o, Trampın Pekinə yalnız “cibində diplomatik qələbə ilə” gedəcəyinə inanır. Ekspertin fikrincə, belə bir görüşün ABŞ-nin “Rusiya və Çinə qarşı istənilən 50 günlük ultimatumlardan və yeni sanksiyalardan” imtina etməsi ilə nəticələnəcəyini də gözləmək olar ki, bu da “üç aparıcı güc arasında münasibətləri tamamilə pozar və nəhayət, bütün dünya iqtisadiyyatına ciddi zərbə vurar”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.