“Putinlə əlaqə saxlamaq lazımdır, Belarusa qarşı təcavüz hazırlanır” –Lukaşenkodan bəyanat

Prezident Lukaşenko bu gün ölkədəki vəziyyətlə bağlı iclas keçirib.

Azpost.info BELTA-ya istinadla bildirir ki,  iclasda son hadisələr təhlil olunub. “Biz nə baş verdiyini görürürük. Lap dərinlikdə nə baş verdiyini görürürk. Biz “rəngli inqilablar” barədə oxumuşuq. Burada artıq xarici müdaxilə elementlərini görürürk”deyə Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Belarusa qarşı ssenari üzrə təcavüz hazırlanır: “Putinlə əlaqə saxlamaq lazımdır, onunla danışmalıyam. Bu təhlükə artıq təkcə Belarusa qarşı yönəlməyib. Bu gün Belarusun müdafiəsi bizim məkanın, İttifaq dövlətinin müdafiəsi deməkdir. Belaruslar dözməsələr dalğa bura gələcək”.

Lukaşenkonun sözlərinə görə, küçədə avaralananlar nə baş verdiyini anlamırlar: “Bunu koordinatorlar, istiqamət verənlər bilir. Peşəkarcasına işləyirlər: Quraşdırılımış səhnələr yayırlar. Moskvada evimi göstərirlər. Tapmısız özünüzə götürün. Belarusda mənim rəsmi iqamətgahımdan və kənddə evimdən başqa heç nəyim yoxdur.

Feyk xəbərlər yayırlar- Sən demə mən ölkədən getmişəm, gah yayırlar ölmüşəm, xəstələnmişəm. Nə üçün bu edilir? Ona görə ki. xalqda əhval yaratsınlar. Alınmayacaq. Buna imkan verə bilmərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Paşinyanın BBC-yə müsahibəsində ədalətli jurnalistika, haqlı suallar gördük”-

Sonrakı məqalə

Sumqayıtda bir nəfəri döyərək lentə alıb sosial şəbəkələrdə yayanlar saxlanılıb –