“Putinlə nüvə silahından imtina məsələsi üzərində işləyirdik” –TRAMP

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədə olarkən Rusiya lideri Vladimir Putinlə nüvə silahından imtina  məsələsi üzərində işləyiblər.

Azpost.info bildirir ki, bu barədə Tramp cümə axşamı FoxNews-a müsahibəsində bildirib.

“Mən Putinlə nüvə silahından qurtulmaq məsələsi üzərində işləyirdim”-deyə sabiq prezident bildirib. Onun sözlərinə ğörə, bu növ silah çox güclüdür.

Trampın  görə, ABŞ hazırda nüvə silahının tətbiqi  ehtimalına görə ölkə tarixinin ən təhlükəli dövrünü yaşayır.

Cümə axşamı günü ABŞ Dövlət Departamenti elan edib ki, Vaşinqton iyunun 1-dən etibarən Moskvaya “Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Əlavə Tədbirlər” haqqında Müqavilənin (START) əhatə etdiyi sistemlərinin statusu və yeri ilə bağlı məlumatların verilməsini dayandıracaq.

Rusiyalı mütəxəssislərə Amerika ərazisində yoxlamalar aparmaq üçün verilən vizaları da ləğv ediləcək. Bundan əlavə, sualtı qayıqlarda qitələrarası ballistik raketlərin və ballistik raketlərin buraxılışı ilə bağlı bildirişlərin və telemetriya məlumatlarının ötürülməsi dayandırılır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.