Putinlə Paşinyanın görüşü hazırlanır- Kremldən AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında gələn həftəyə planlaşdırılan görüşün mümkünlüyü müzakirə edilir.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, görüş hazırlıqlar başa çatdıqdan sonra elan ediləcək.

“Hələlik hadisələri qabaqlamayaq. Müəyyən planlar müzakirə olunur. Bu müzakirə yekunlaşan kimi biz müvafiq açıqlama verəcəyik”, – Peskov deyib.

Paşinyan daha əvvəl bildirmişdi ki, gələn həftə Moskvaya səfər etməyi planlaşdırır. Ermənistan Baş naziri Rusiya paytaxtına gözlənilən səfərini Praqada Transatlantik Əlaqələr Mərkəzində çıxışı zamanı açıqlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.