Moskvada Rusiya Prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.
CNN TÜRK-ün verdiyi xəbərə görə, görüşdən əvvəl V. Putin Suriyada şəhid olan türk əsgərləri ilə bağlı başsağlığı verib.
Rusiya Prezidenti Suriyada baş verənlərin Türkiyə-Rusiya əlaqələrini zədələməməsi üçün danışıqların zəruriliyinə toxunub.
“Bugünkü danışıqların mövzusu İdlibdəki vəziyyətdir. Bu vəziyyət bizdən birbaşa danışıqlar tələb edir”- deyə Putin Ərdoğanla təkbətək görüşdən əvvəl deyib.
- Putin Türkiyə Prezidentinə İdlibdə şəhid olan hərbçilərlə bağlı başsağlığı da verib.
“İnsan itkisi hər zaman böyük faciədir. Təəssüflər olsun ki, heç kim, o cümlədən suriyalı hərbçilər də türkiyəli hərbçilərin orada olduqlarını bilməmişdilər. Sizinlə telefon danışığı zamanı da bunu söyləmişdim. Eyni gündə Suriya ordusu da ciddi itkilər verib. Ona görə də biz sizinlə mütləq danışmalıyıq ki, İdlibdə həmin vəziyyət bir daha təkrarlanmasın və Rusiya-Türkiyə münasibətləri zərər görməsin. Siz bu münasibətlərə çox diqqətlə yanaşırsınız. Biz bunu qiymətləndiririk”, – deyə Ərdoğan vurğulayıb.