Qəbələdə yaradıcılıqla məşğul olmaq istəyənlər üçün növbəti təlim keçirilib

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsinin  icrasını uğurla davam etdirir.

Layihə cərçivəsində 11.07 .2025-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 25 nəfər yaradıcılıqla  məşgul  olmaq istəyən benefisarlar üçün  növbəti təlim təşkil edilmişdir.

Təlimi giriş sözü ilə layihə rəhbəri Rəna Mahmudova açaraq, iştirakçıları salamlamış, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin  məqsədi  və məramı barədə iştirakçılara məlumat vermişdir. İştirakçıları təlimdə aktiv iştirak etməyə, yaradıcılıq sahəsində onları daha çox maraqlandıran sualları verməyə, bilmədikləri, öyrənmək  istədikləri  mövzularda sorğular aparmağı tövsiyə  etmişdir.

Sonra təlimçi Fəxrəddin Babayev benefisarları salamlamış, hazırlanmış proqram əsasında təlimə başlamışdır. Təlim zamanı təlimçi ilk birinci saat ərzində benefisarlara ədəbi dilin normaları, qramatik və leksik normalar haqqında məlumat vermiş,  praktiki işlə təlimi davam etdirmişdir.

Sonra iştirakçılarla birgə çay, köfe saatı təşkil edilmişdur. Fasilədən sonra benefisarların xahişi ilə ikinci saatda  qiraətçi olmaq istəyən benefisarlar üçün qiraət sahəsində təlim keçirilmişdir. Bu sahədə öz biliklərini qiraətçilərlə bölüşən birliyin üzvü, qiraətçi bu sahədə respublika üzrə birincilik qazanan Müşviq Qarayev iştirakçılara  mükəmməl bilgi vermiş, bir neçə şeir qiraət edərək, praktiki təlim keçmişdir.

Təlim zamanı yaradıcı  gənclər öz üslublarında qiraət etmişlər. Sonda təlimçi Fəxrəddin Babayev yaradıcılıq sahəsində  benefisarlara uğurlar arzulamışdır.

Layihə rəhbəri növbəti təlimin ayın 16.07.2023-cü il tarixdə saat 10-00-da keçiriləcəyini nəzərə çatdırmışdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.