Qəçreşdə itlər 3 nəfərə hücum çəkdi: Yaralılar Bakıya göndərildi

Qubada küçə itləri 3 nəfərə hücum çəkib. Hadisə rayonun Qəçreş kəndində qeydə alınıb. Küçə itləri kənd sakinləri Zöhr Mərdiyevaya və Raida Salahovaya hücum edib.

Zərərçəkənlər Quba rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan və quduzluq əleyhinə vaksin vurulduqdan sonra Bakıya, Sabunçu Tibb Mərkəzinə göndəriliblər.

Həmçinin Qubada Küsnət Qazma kəndindən olan azyaşlı Məhəmməd Məhəmmədov da it dişləməsi diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Azyaşlıya quduzluğa qarşı müalicə təyin edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.