Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Qəddafinin oğlu 11 milyon dollar müqabilində azad edilə bilər

User 18 Oktyabr 2025 - 12:00 (Last updated: 18 Oktyabr 2025 - 01:29)
qeddafi

Livan məhkəməsi Liviyanın mərhum lideri Müəmmar Qəddafinin oğlu Hannibalın 11 milyon dollar girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.

Bu barədə onun vəkili Ədliyyə Sarayında keçirilən dindirmə prosesindən sonra məlumat yayıb. Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmənin təyin etdiyi girovun məbləğindən narazı qalıb və bu qərarı apellyasiya qaydasında mübahisələndirəcək.

Hannibal Qəddafi 2015-ci ildə siyasi sığınacaq aldığı Suriyadan qaçırılaraq Livana təhvil verilib. O, 1978-ci ildə Liviyada itkin düşmüş şiə din xadimi imam Musa Sadrın taleyi ilə bağlı məlumatları gizlətməkdə ittiham olunur. Vəkil İnas Harrakın sözlərinə görə, 10 ildir həbsxanada saxlanılan 50 yaşlı Hannibal Qəddafinin təqsirini sübut edən heç bir fakt təqdim olunmayıb.

Hannibal Qəddafi atasının hakimiyyəti dövründə ölkənin neft ixracına nəzarət edib. 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsi və öldürülməsindən sonra münaqişə zonasını tərk edərək Əlcəzairə, sonradan isə Suriyaya sığınıb.

Qeyd edək ki, imam Musa Sadr 1978-ci ilin avqustunda Liviya inqilabının ildönümü tədbirlərinə qatılmaq üçün Tripoliyə dəvət edilib. Roma Papası ilə görüşmək üçün Vatikana səfərə hazırlaşan din xadimi polkovnik Müəmmar Qəddafi ilə görüşdən sonra iki müşaviri ilə birlikdə yoxa çıxıb.

AzPost.az

Post navigation

Previous: “Polisə Dəstək” İB ADPU-nun Cəlilabad Şəhər filialında “İnsan alveri cinayətlərinə qarşı” maarifləndirici tədbir keçirib
Next: Amerikalı bir tondan çox olan balqabaq yetişdirib

Oxşar xəbərlər

husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
putin zelenski
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.