Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

“Polisə Dəstək” İB ADPU-nun Cəlilabad Şəhər filialında “İnsan alveri cinayətlərinə qarşı” maarifləndirici tədbir keçirib

Orkhan Ali 18 Oktyabr 2025 - 11:48 (Last updated: 18 Oktyabr 2025 - 11:50)
WhatsApp-Image-2025-10-13-at-13.14.42-2-780x470

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ADPU-nun Cəlilabad  filialında İnsan alveri cinayətlərinin aradan qaldırılmasına dair maarifləndirici mühazirə-seminar keçirilib.

Seminar-mühazirəni giriş sözü ilə institutun direktoru Xudayar Sultanlı açmış və yığınacağın səbəbi ətrafında pedaqoji və tələbə heyətinə məlumat verərək bildirmişdir ki, dünyada artıq insan alveri qurbanlarının — səsləri eşidilir. Onlar görünməz zəncirlərlə bağlanmış və bizdən uzaqlaşdırılmış şəxslərdir. Dünya miqyasında insan alverinin yeni formalara keçməsi, böhranlar və münaqişələr fonunda artması barədə rəqəmlər də artıq var; bu artım hər birimizi daha güclü və koordinasiyalı hərəkət etməyə çağırır.

Sonra məruzə üçün sözü layihənin rəhbəri “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevə verilmişdir.

O, İnsan alveri cinayətlərini həssas qrupların şüuruna, ümidinə, gələcəyinə, hüquq və azadlıqlarına edilən qəsd kimi qiymətləndirmiş, qurbanların müdafiəsini zəruri hesab etmişdir.

Şəmsəddin Əliyev bu cinayətlərə qarşı sistemli olaraq üç əsas sütun üzərində mübarizə aparmasını vurğulamışdır: profilaktika, müdafiə və cinayətkarların təqibi. Prosecution (məhkəmə, təqib), Protection (qurbanların qorunması) və Prevention (qorunma) — faktorları uzunmüddətli və effektiv strategiyanın əsasıdır- deyə iştirakçılara bildirmişdir. Hər sütun bir-birini gücləndirməli, müdafiə olmadan təqibin effekti olmadığını, profilaktika aparılmadan da, qurbanların sayının azalmadığını iştirakçıların diqqətinə çatdırmışdır.

Aşağıdakı konkrekt addımların da atılması vacib elementlərdəndir, – deyə Ş.Əliyev vurğulamışdır.

  1. Qurbanları hüquq-mühafizə orqanlarının təqibi obyekt yox, yardıma ehtiyacı olan şəxslər kimi tanımaq; tibbi, psixososial və hüquqi xidmətlərə dərhal yönləndirmək; və onların təhlükəsizliyini prioritet etmək. Bu, reinteqrasiya uğurunun başlanğıcıdır.

2. Qanunvericilik bazasının və təqib mexanizmlərinin gücləndirilməsi: Qurbanların hüquqları qorunmalı, həm də mənbə və tranzit-zəncirlər üzrə təqib üçün beynəlxalq əməkdaşlıq genişləndirilməlidir. Beynəlxalq müqavilələri bu sahədə yol xəritəsi kimi qəbul etmək olar.

3. Risklərin azalması məqsədilə maarifləndirməni genişləndirmək. Uzaq bölgələrdə, məktəblərdə, iş yerlərində və onlayn platformalarda insan alverinin mexanizmləri haqqında davamlı təbliğat, riskli işə qəbul praktikasına qarşı profilaktik tədbirlər və vətəndaşların yardım xətlərindən xəbərdar edilməsi.

4. Məlumat və monitorinq: Qurbanların real statistikasını, istismarın növlərini və trendləri izləmək üçün güclü məlumat sistemləri lazımdır. Yalnız düzgün məlumat əsasında siyasət və proqramlar effektiv olur.

5. Qurbanların Reinteqrasiya proqramları onların seçimləri və ehtiyacları nəzərə alınmaqla tərtib edilməlidir.

 

Layihə üzrə ekspert-qismində çıxış edən, hüquqşünas Aydın Kərimov qeyd etdi ki, insan alveri cinayətlərinin qurbanları bizdən sadəcə yardım və ədaləti tələb etmir — onlar həm də, ümid və ikinci şans istəyirlər. Bizim öhdəliyimiz isə qurbanı qorumaq, qayğı ilə təqib etmək və gələcəkdə belə halların baş verməməsi üçün ümumi maraqlara cavab verən sistem yaratmaqdır. Bu iş tək bir qurumun yox, hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, biznes və hər bir fərdin birlikdə fəaliyyətini tələb edir.

Tədbirdə Cəlilabad ŞPŞ – in İTB-nin rəisi, polis mayoru A.Atakişiyev, psixoloq K.Sultanlı  və digərləri insan alveri cinayətlərinin insanlıq ləyaqətinə zidd olduğunu, qurbanların yenidən cəmiyyətə qaytarması üçün — hər birimizin mənəvi və praktik məsuliyyət daşımaqları barədə məlumat verdilər.

Sonda cəmiyyətə mesaj olaraq – “ Hər bir qurban üçün ədalət, dəstək və ümid yolları açaq” – şüarını səsləndirilməsi tövsiyə edilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

AzPost.az

Post navigation

Previous: Şahzadə Endryu bütün titullarından imtina edib
Next: Qəddafinin oğlu 11 milyon dollar müqabilində azad edilə bilər

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.