Qəhvə COVID-19-a yoluxma riskini azaldır

14 İyul 2021 - 02:02

“Amerikalı alimlərin gəldiyi qənaətə görə, qəhvə COVID-19-a yoluxma riskini 10 faiz azaldır”.
Bunu Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı tədqiqatçısı, virusoloq Maksim Skulaçev “Moskva 24”ə açıqlamasında deyib.

M.Skulaçevin sözlərinə görə, tədqiqatı İllinoys ştatının “Northwestern” Universitetinin mütəxəssisləri aparıb: ABŞ mütəxəssisləri mütəmadi qəhvə istehlakının koronavirusa yoluxma ehtimalını azalda biləcəyini söyləyirlər. Tədqiqat müəllifləri iddia edirlər ki, bir fincan və ya daha çox kofe qəbul edənlərin COVID-19-a yoluxma riski 10 faiz daha azdır”.
Rusiyalı mütəxəssis əlavə edib ki, qəhvə içən yaşlı insanlarda sətəlcəmin inkişaf riski də azalır.