Qənirə Paşayevanın yerinə təyinat olub

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilib.

Milli Məclisin bu gün keçirilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif edilir.

Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri mərhum deputat Qənirə Paşayeva olub.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.