Qərb ölkələri Gürcüstana silah tədarükünü qadağan etməlidir- Litva XİN rəhbəri

Qərb ölkələri Gürcüstana silah tədarükünü qadağan etməlidir.

Azpost.info xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis CNN-ə bildirib.

“2010-cu ildə Belarus hökuməti Minskdəki etirazları güc yolu ilə yatırdıqda, Avropa İttifaqı hərbi texnika və silahların tədarükünə embarqo qoydu. Hesab edirəm ki, Gürcüstanla da bağlı oxşar tədbirləri müzakirə etməliyik”, – XİN rəhbəri deyib.

Onun sözlərinə görə, Qərbin Gürcüstana verdiyi silahların mülki əhaliyə qarşı istifadə edilməsi qəbuledilməzdir. “Biz niyə hələ də hökumətin öz vətəndaşlarına qarşı istifadə etdiyi hərbi texnikanı ixrac edirik?”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.