“Qərb Qarabağ böhranı ilə dostluğumuzu pozmağa çalışırdı”-Putin sülh sazişindən danışdı

“Qərb Rusiyanın müttəfiqləri və tərəfdaşları ilə sözün geniş mənasında dostluq münasibətlərini pozmağa çalışır. Bunun üçün istənilən vasitələrdən istifadə olunur”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Prezidenti Putin Bişkekdə MDB dövlət başçılarının görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbin  strateji baxımdan onlardan uzaq, lakin bizə çox yaxın olan regionda belə fəaliyyətinin son nümunəsi Qarabağ böhranı idi: “Son üç il ərzində Rusiya hərbi əməliyyatları dayandırmaq və eskalasiyanın qarşısını almaq üçün əhəmiyyətli səylər göstərib. Bizim köməyimizlə müvafiq üçtərəfli sənədlər hazırlanıb. İlham Əliyev təsdiq edə bilər ki, bütün bu müddət ərzində üçtərəfli formatda Rusiya, Ermənistan və Azərbaycan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yönəlmiş gərgin iş aparırlar. Rusiya sülhməramlıları öz səlahiyyətləri çərçivəsində öz öhdəliklərini vicdanla yerinə yetirdilər”, – o qeyd edib.

Putin bildirib ki, hazırkı gündəm bu uzun müddətdir davam edən münaqişəyə son qoymaq üçün sülh müqaviləsi hazırlamaqdır. “Rusiya bu prosesə hər cür kömək göstərməyə hazırdır. Mən Moskvada istənilən formatda danışıqları təşkil etməyə hazıram. Biz bu danışıqların iki ölkə liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik. Yenə deyirəm, seçim həmişə bu ölkələrin ixtiyarındadır. Biz bu iş üçün şərait yaratmağa hazırıq”.

Əvvəlki məqalə

Azərbaycanda gəlirlərin bəyan edilməsi necə müəyyən olunur?

Sonrakı məqalə

Qanunsuz miqrasiya faciəyə aparır –