Qərb Rusiyanın bloklanan aktivlərini yalnız bir şərtlə geri qaytaracaq

Rusiya Ukraynaya dəymiş ziyanı ödəməyincə Qərb ölkələrində bloklanan aktivlərini geri almayacaq.

Azpost.info xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekunlarına dair bəyanatda deyilir.

G7 həmçinin Ukraynanı Rusiya fondlarından gələn gəlirlər hesabına maliyyələşdirməkdə qərarlıdır.

Beləliklə, işğalın dayandırılması, sülh müqaviləsinin bağlanması, hətta rus qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması Rusiyanın öz aktivlərini geri qaytarması üçün kifayət etməyəcək.

G7-nin hesablamalarına görə, Qərb ölkələrində Rusiyanın təxminən 280 milyard dollar ehtiyatı dondurulub. Müharibə bitdikdən sonra Rusiya təzminat ödəməyə razı olsa belə, bu məbləğin dəymiş ziyanı ödəməyə kifayət etmədiyi açıq-aydındır.
Ukrayna hökuməti, Dünya Bankı, Avropa Komissiyası və BMT-nin hesablamalarına görə, ölkənin bərpası üçün 411 milyard dollar lazımdır.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Axtarışda olan şəxs təcridxananın qarşısında saxlanılıb

Sonrakı məqalə

“Bakı və İrəvan arasında sülh müqavilənin imzalanmasına kömək etməyə hazırıq”-