Axtarışda olan şəxs təcridxananın qarşısında saxlanılıb

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq təcridxanasının qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsibdən məlumat verilib.

Qeyd olunub ki, Natiq Zeynalov Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Əvvəlki məqalə

TuranBank 2023-cü ilin III rübünün nəticələrini elan edib

Sonrakı məqalə

Qərb Rusiyanın bloklanan aktivlərini yalnız bir şərtlə geri qaytaracaq