Qərb ölkələrinin hökmranlığı tarixə qovuşur və hələ də ondan yapışmağa çalışan Fransa son nəticədə özünü tarixi prosesin kənarında tapmaq riski ilə üz-üzə qalır.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik bunun ən qısa zamanda reallaşmasının Avropa dövləti və onun əhalisi üçün daha yaxşı olacağını bəyan edib.
“Qərbin hökmranlığı arxada qalır. Paris bunu nə qədər tez dərk edərsə, Fransanın özü və fransızlar üçün bir o qədər yaxşı olar”, – məlumatda deyilir.
Azpost.info