Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı
  • ÖZƏL

Qəribə qoxu sayəsində beynində xərçəng aşkar etdi

Orkhan Ali 23 İyul 2025 - 14:00 (Last updated: 23 İyul 2025 - 13:16)
1753094603-696x392

Böyük Britaniyanın Stok-on-Trent şəhərində yaşayan 57 yaşlı Kosta Fantis özündə qəribə bir simptom hiss etdikdən sonra həkimə müraciət edib. AzPost xəbər verir ki, Daily Mail nəşrinin məlumatına görə, kişi davamlı olaraq havada karameli xatırladan şirin bir qoxu hiss etdiyini bildirib.

Fiziki baxımdan sağlam olan Fantis, bu fərqli qoxunun səbəbini öyrənmək üçün tibbi müayinədən keçib. Lakin aparılan analizlər və biopsiya nəticəsində həkimlər ən ağır diaqnozlardan birini – IV mərhələli glioblastoma – beyin xərçənginin ən aqressiv formasını müəyyən ediblər.

Həkimlər bildiriblər ki, bu növ xərçəngin inkişafı nəticəsində xəstənin qoxu reseptorları zədələnib və beyin bu dəyişiklikləri fərqli qoxu kimi qəbul etməyə başlayıb. Məhz buna görə də Kosta Fantis daim karameli xatırladan qoxu hiss edib.

Ailəsi əvvəlcə bu simptomu ciddi qəbul etməyib. Fantisin ümumi vəziyyəti yaxşı olduğu üçün heç kim bunun ağır xəstəlik əlaməti ola biləcəyini düşünməyib. Maraqlıdır ki, bu qəribə qoxu onun hiss etdiyi yeganə simptom olub.

Hazırda Fantis Britaniyada radioterapiya və kimyaterapiya kursunu başa vurub. Ailəsi isə onun Almaniyada alternativ müalicəsi üçün vəsait toplamağa çalışır.

Brain Tumour Charity təşkilatının məlumatına görə, glioblastoma xəstələrinin orta ömür müddəti 12–18 ay təşkil edir. Bu diaqnozla 5 ildən çox yaşayanların faizi isə cəmi 5-dir.

AzPost.az

Post navigation

Previous: Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrılıb
Next: Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Oxşar xəbərlər

nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
idman zali
  • Maraqlı

İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi

User 28 Oktyabr 2026 - 20:48

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.