Qətər hakimiyyəti Suriyaya qarşı sanksiyaların ləğvinə çağırır.
Azpost.info xəbər verir ki, bu barədə Baş nazirin müşaviri, əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Onun sözlərinə görə, Qətər ölkədəki hava limanları vasitəsilə Suriyaya humanitar yardımın çatdırılmasını təşkil etməyə çalışır.
“Biz bu hava körpüsünün Suriya daxilindəki hava limanlarına qədər uzanmasını təmin etmək üçün çalışırıq. Bu baxımdan Suriyadan sanksiyaların götürülməsinin vacibliyini bildirdik, çünki onlar qardaş Suriya xalqına humanitar yardımın çatdırılmasına əngəl törədir”, – Ənsari deyib.
O bildirib ki, hakimiyyət dəyişikliyindən sonra Suriyaya göndərdikləri humanitar yardımın ümumi həcmi 144 tona çatıb.
Qətər həmsərhəd ölkələr olan Türkiyə, İordaniya və Livan vasitəsilə Suriyaya humanitar yardım göndərir.
Azpost.info