ABŞ İsraili dəstəkləyir, eyni zamanda Qəzza xalqının dəhşətli iztirablarına son qoymağa çalışır.
Azpost.info xəbər verir ki, bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında ABŞ dövlət katibi Entoni Blinken deyib.
“İsraili 7 oktyabrda baş verənlərin bir daha təkrarlanmaması üçün göstərdiyi səylərdə qətiyyətlə dəstəkləyirik. Lakin eyni zamanda, Qəzzada hər gün gördüyümüz dəhşətli iztirablara son qoymaq üçün mümkün olan hər şeyi etməkdə qərarlıyıq”, – Blinken bildirib.
Azpost.info