Qəzzada 19 nəfər öldürülüb, 36 nəfər yaralanıb

Qəzzada
Qəzzada

Qəzzada saat 08.30-da qüvvəyə minməli olan atəşkəsin saat 11.15-ə təxirə salınması nəticəsində ölən və yaralananların sayı açıqlanıb. AzPost-un APA-ya istinadla xəbərinə görə, Qəzzadakı səhiyyə qurumu bu müddət ərzində İsrail Ordusunun zərbələri nəticəsində 19 nəfərin öldüyünü açıqlayıb.

Yaralıların sayı isə 36 nəfərdir.

Qeyd edək ki, Qəzzada atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HAMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.-15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.