Qəbələdə dağlıq ərazidə yanğın tam söndürülüb

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər iştirak edib

Əvvəlki məqalə

Ermənistanın növbəti təxribatının qarşısı alınıb

Sonrakı məqalə

“Ramiz Mehdiyev, Əli Həsənov Rüstəmə torba tikmək üçün onu qabağa verdilər” –