Qəbələdə narkotacirdən 6 kiloqram marixuana aşkar olunub

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, əməliyyat tədbiri zamanı üzərində külli miqdarda narkotik vasitə daşımaqda şübhəli bilinən Ağdaş rayon sakini Əfqan Həsənov saxlanılıb. Onun daşıdığı çantaya və bağlamalara baxış keçirilərkən ümumi çəkisi 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Ə.Həsənov saxlanılarkən narkotik vasitələri kolluq əraziyə atıb qaçmağa cəhd göstərsə də, polis əməkdaşlarının çevikliyi nəticəsində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ə.Həsənovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.