Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qəbələdə toy məclisində zəhərlənənlərin hamısı gecə evə buraxılıb

Orkhan Ali 16 Avqust 2024 - 15:46 (Last updated: 21 May 2025 - 20:15)
xestexana

Xəbər verildiyi kimi ötən gün axşam saatlarında Qəbələnin Zarağan qəsəbəsində yerləşən şadlıq evlərindən birində qida zəhərlənməsi olub.

Toy məclisində iştirak edən 60 nəfərə yaxın insan Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Xəstəxanasının terapiya şöbəsinin müdiri Şəhanə Pənahova bildirib ki, qida zəhərlənməsi ilə bağlı müraciətlər daxil olan andan etibarən acil şöbə ilə yanaşı müvafiq şöbələrin əməkdaşları xəstələrin müayinə və müalicəsinə cəlb ediliblər.

“Qəbələ Rayon Mərkəzi Xəstəxanasnın təcili yardım şöbəsinə epkastral nahiyyələrdə ağrı, qusma, ürək bulanma, defekasiya aktının tezləşməsi və yüksək temperaturla xəstələr daxil olmağa başlayan andan biz həkimlər olaraq bütün qabaqlayıcı tədbirləri görməyə başladıq. Bütün xəstələrin şikayətləri eyni idi. İlkin araşdırma və müayinələrə əsasən xəstələr eyni toy mərasimində iştirak edib və oradakı qidalarla qidalanıblar. Xəstələrə ilkin tibbi yardım göstərilib və gecə ambulator müalicəyə, evlərinə yazılıblar”, deyən Şəhanə Pənahova xəstələrlə yerli tibb məntəqələrində həkim briqadaları tərəfindən nəzarət olunduğunu, həyatı təhlükələrinin qalmadığını bildirib.

Qeyd edə ki, Baş Prokurorluğun mətbuat xidməti də məsələ ilə bağlı məlumat yayıb. Belə ki, Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır(azərtac).

Post navigation

Previous: 16 milyon manatdan çox əsassız ödəniş edilib
Next: Qasırğa təhlükəsinə görə Yaponiyada 850-dən çox uçuş ləğv olunub

Oxşar xəbərlər

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03
mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26

xƏBƏR

kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq iqtisadi və daşınmaz...
Read more about İpoteka Fondunda ekspertlərlə görüş keçirilib
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi cesaret
  • QHT

“Dövlət qurumlarında işləmək istəyənlər ən azı 3 ay könüllü olmalıdır” – QHT sədrindən yeni qanun təklifi

User 29 Oktyabr 2026 - 14:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.