“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsinin icrasını uğurla davam etdirir.
Layihə cərçivəsində 11.07 .2025-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 25 nəfər yaradıcılıqla məşgul olmaq istəyən benefisarlar üçün növbəti təlim təşkil edilmişdir.
Təlimi giriş sözü ilə layihə rəhbəri Rəna Mahmudova açaraq, iştirakçıları salamlamış, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi və məramı barədə iştirakçılara məlumat vermişdir. İştirakçıları təlimdə aktiv iştirak etməyə, yaradıcılıq sahəsində onları daha çox maraqlandıran sualları verməyə, bilmədikləri, öyrənmək istədikləri mövzularda sorğular aparmağı tövsiyə etmişdir.
Sonra təlimçi Fəxrəddin Babayev benefisarları salamlamış, hazırlanmış proqram əsasında təlimə başlamışdır. Təlim zamanı təlimçi ilk birinci saat ərzində benefisarlara ədəbi dilin normaları, qramatik və leksik normalar haqqında məlumat vermiş, praktiki işlə təlimi davam etdirmişdir.
Sonra iştirakçılarla birgə çay, köfe saatı təşkil edilmişdur. Fasilədən sonra benefisarların xahişi ilə ikinci saatda qiraətçi olmaq istəyən benefisarlar üçün qiraət sahəsində təlim keçirilmişdir. Bu sahədə öz biliklərini qiraətçilərlə bölüşən birliyin üzvü, qiraətçi bu sahədə respublika üzrə birincilik qazanan Müşviq Qarayev iştirakçılara mükəmməl bilgi vermiş, bir neçə şeir qiraət edərək, praktiki təlim keçmişdir.
Təlim zamanı yaradıcı gənclər öz üslublarında qiraət etmişlər. Sonda təlimçi Fəxrəddin Babayev yaradıcılıq sahəsində benefisarlara uğurlar arzulamışdır.
Layihə rəhbəri növbəti təlimin ayın 16.07.2023-cü il tarixdə saat 10-00-da keçiriləcəyini nəzərə çatdırmışdır.
