Qəhrəmanlarımızı tanıyaq –Şuşaya qədər çıxan Rövşən Mehtiyev

Azərbaycan ordusunun mütləq qələbəsini şərtləndirən Şuşa şəhərinin azadlığına qədər döyüşən qəhrəman oğullarımızdan biri də tağım komandiri, leytenant Mehtiyev Rövşən Arif oğludur.

Rövşən 1990-cı ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. 2008- ci ildə Əlvan Bağırov adına Masallı rayonu Ərkivan qəsəbəsi 4 saylı tam orta məktəbi bitirib, elə həmin ildə də Azərbaycan Texniki Universitetinə qəbul olub. Universiteti 2012-ci ildə bitirib həqiqi hərbi xidmətə çağırılan Rövşən 2015-ci ildə hərbi xidmətdən leytenant rütbəsi ilə tərxis olunub. Hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhərindəki bank təşkilatlarında fəaliyyətə başlayıb. Vətən Müharibəsinə çağrılana qədər ölkənin böyük şəbəkəyə malik banklarından olan “Bank Respublika” da çalışıb.

2020-ci il sentyabrın 21-dən hərbi təlimlərə qatılan Rövşən Mehtiyev tağım komandiri kimi Füzuli, Cəbrayıl, Şuşa və digər işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsində qəhrəmanlıqla döyüşüb. Atəşkəs elan olunduqdan sonra da o, Qarabağımızda hərbi xidmətini davam etdirir. Bu gün Rövşənin yolunu iki gül balası – İslam və Arif səbirsizliklə gözləyir.

Allah səni və bütün əsgərlərimizi, zabitlərimizi qorusun, igid zabitimiz! Qeyd edək ki, leytenant Rövşən Mehtiyev media mənsublarının yaxın dostu Ayiq Səmədovun bacısı oğludur. Ayiq müəllim də doğması, gənc zabit Rövşən Mehtiyevin şücaətlərindən fəxarət hissi duyduğunu söyləyir.

Nəzirməmməd Zöhrablı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb

Sonrakı məqalə

Teledərslərin sabaha olan cədvəli