Qəhvə təkcə bir içki deyil, həm də bir yaşam tərzinə çevrilib. AzPost bildirir ki, günümüzdə insanlar kofe içmək üçün yox, yaşadıqlarını hiss etmək, özlərini “yavaşlatmaq” üçün kafelərə axın edir.
Bu, şəhər həyatında qısa bir dayanma nöqtəsidir. Sosiallaşma, tək qalmaq, işləmək və ya sadəcə “story” paylaşmaq üçün kafe artıq ikinci evə çevrilib. Qəhvə isə bu məkanda ritualların əsas simvoludur. Araşdırmalar göstərir ki, insanlar üçün tanış dadlar emosional təhlükəsizlik hissi yaradır.
Eyni zamanda kofe kofeindən daha çox, bir növ identiklikdir – “necə qəhvə içirsənsə, elə insansan”. Baristaların sənətkar kimi qiymətləndirilməsi, menyulardakı yaradıcı seçimlər bu təcrübəni daha da fərdiləşdirir.
Qəhvə içmə mədəniyyəti getdikcə “intim ritual” formasına düşür. Bəs bu nə deməkdir? Sadə içki vasitəsilə insan özünü həyatın içində hiss edir.