Qənirə Paşayeva dəfn olunub

Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.

Əvvəlcə mərhumla Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

**

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Mərhum  İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.

Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri olub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.