“Qərbin dəstəyini itirəcəyik, Qəzzada əməliyyat yaxın həftələrdə başa çatmalıdır”.
Azpost.info xəbər verir ki, bunu İsrailin keçmiş Baş naziri Ehud Barak “Politico”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərbdə narazılıq artır, onun dəstəyi kəskinləşən müharibə risklərinə görə zəifləyir, ona görə də Təl-Əviv daha uzun kampaniya apara bilməyəcək.
“Biz Avropada ictimai rəyi itiririk. Bir-iki həftədən sonra Avropadakı hökumətlərin dəstəyini itirməyə başlayacağıq. Bir həftə sonra amerikalılarla mübahisələr yaranacaq”, – Barak bildirib.
Azpost.info