“Qərblə nə vaxtsa barışacağımızı xəyalınıza gətirməyin”- MEDVEDEV

“Qərb ölkələrinin liderləri nasistlərin birbaşa və aşkar tərəfdaşlarıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedev bu dövlətlərə münasibəti dəyişməyə, Avropa, ABŞ və digərləri ilə barışmaq arzusunda olmamağa çağırıb.

“Qərb ölkələrinə münasibət nasist koalisiyasına daxil olan ölkələrin liderlərinə münasibət kimi qurulmalıdır. Nə vaxtsa barışacağımız və böyük ailə kimi yaşayacağımız barədə şirin xəyallara qapılmayın”, – Medvedev qeyd edib.

O, Co Bayden, Castin Trüdo, Rişi Sunak, Olaf Şolts, Emmanuel Makron və Ciorcia Meloninin siyasətini sərt şəkildə tənqid edib. Medvedev Polşanı “bədnam”, Skandinaviya ölkələrini “qəddar”, Yaponiyanı isə “militarist” adlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.