Qətər hava məkanını bağlayıb

Qətər hökuməti vətəndaşların, sakinlərin və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün ölkənin hava məkanını müvəqqəti bağlayıb.

Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Qətər Dövlətinin vətəndaşlarının, sakinlərinin və ziyarətçilərinin təhlükəsizliyini təmin etmək öhdəliyinin bir hissəsi olaraq, səlahiyyətli orqanlar ölkənin hava məkanında nəqliyyatın hərəkətini müvəqqəti dayandırdığını elan edir. Bu, regionda baş verən hadisələrlə bağlı görülən qabaqlayıcı tədbirlər kompleksinin bir hissəsidir”, – bəyanatda deyilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.