Qətər Türkiyədəki zəlzələ qurbanlarına 10 min konteyner ev göndərəcək

Qətər Türkiyə və Suriyada zəlzələ qurbanları üçün 10 min konteyner ev göndərəcək.

Azpost.info xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyindən bildiriblər.

“Qətər xilasetmə işləri çərçivəsində Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə 10 min konteyner evi göndərəcək”, – məlumatda deyilir.

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin Türkiyəyə “hava körpüsü” yaradılmasına göstəriş verdiyi bildirilib.

Qətər Axtarış və Xilasetmə Qrupundan gələn komanda isə səhra xəstəxanası quracaq, humanitar yardım, qış şəraiti ilə mübarizə üçün materiallar və çadırlar gətirəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.