Qətərdə “dünyanın ən gözəl dəvəsi” yarışması keçirilib

Dünya çempionatının keçirildiyi Qətərdə “dünyanın ən gözəl dəvəsi”ni seçmək üçün “Qatar Camel Mzayen” yarışması təşkil olunub.

Azpost.info xəbər verir ki, tədbirin təşkilində məqsəd DÇ-2022-ni izləmək üçün ölkəyə gələn qonaqları yerli mədəniyyət və adət-ənənələrlə tanış etmək olub.

Paytaxt Dohadan 25 km aralıda yerləşən Şahaniyyə ərazisində keçirilən yarışmada 700-dən çox dəvə nümayiş etdirilib ki, onların bir qismi ölkəyə Fars körfəzinin müxtəlif əyalətlərindən gətirilib.

Yarışma iştirakçılarını dəstəkləməyə dünya çempionatının azarkeşləri də gəliblər.

Qalib gələn dəvələrin sahiblərinə verilən mükafat futbol topu şəklində olub. Yarışmasının mükafat fondunun 10 milyon rial olduğu bildirilir.

Azpost.info

Əvvəlki məqalə

“Ramiz Mehdiyev prezident olmaq istəyirdi…İlham Əliyev bu qruplaşmaları alt-üst etdi” –

Sonrakı məqalə

Buzovnada dəhşətli qətli törədən kürəkən saxlanılıb –