Qəzadan sağ çıxanlardan 5-i Aktauda reanimasiyadadır- Birinin vəziyyəti son dərəcə ağırdır

Aktauda qəzaya uğrayan təyyarənin 18 sərnişini yerli xəstəxanada qalıb. Onlardan beşi reanimasiyadadır. 

Azpost.info xəbər verir ki, reanimasiyada olan beş nəfərdən dördünün vəziyyəti ağır, bir qadının vəziyyəti son dərəcə ağırdır.

Bu barədə xəstəxananın tibbi xidmətin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Janar Baymanova bildirib:

“Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra ümumilikdə 27 sərnişin Manqistau regional multidissiplinar xəstəxanasına yerləşdirilib. Onlardan 8 böyük və 1 uşaq Rusiyaya aparılıb, qalanları (Azərbaycan və Qırğızıstan vətəndaşları) xəstəxanada qalır”.

Janar Baymanovanın sözlərinə görə, sərnişinlər arasında ən çox rast gəlinən xəsarətlər sınıqlar, qarın zədələri, açıq və qapalı kəllə-beyin travmaları və ağciyər xəsarətləridir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.