“Qəzaya uğrayan təyyarədə Priqojin də olub”- RƏSMİ AÇIQLAMA

“Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsində sərnişinlər arasında Yevgeni Priqojin də var”.

Azpost.info xəbər verir ki, bu barədə TASS-a “Rosaviasiya”dan bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən agentliyə verilən məlumata görə, təyyarədə olan 10 nəfərin hamısı həlak olub.

“Embraer” təyyarəsi Şeremetyevodan Sankt-Peterburqa uçurdu. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb”, – mənbə bildirib.

Öz növbəsində fövqəladə hallar xidməti dörd nəfərin cəsədinin tapıldığını bildirib. O da qeyd olunur ki, təyyarə yerə çırpılan zaman yanıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.