AZAL-ın Aktau hava limanında qəzaya uğrayan təyyarədə 67 sərnişin və 5 ekipaj üzvü olub. Bunlar əsasən Rusiya Federasiyası və Azərbaycan vətəndaşlarıdır.
Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər sağ qalıb. Onların arasında uşaq da var.
Azpost.info