Qəzaya uğrayan təyyarənin qara qutularını bu ölkəyə göndəriləcək

Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə göndərəcək.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

Bildirilir ki, qəzanın təhqiqat komissiyası Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin standartlarına əsasında qara qutuların Braziliya istintaq mərkəzinə göndərilməsi barədə qərar qəbul edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.