Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Qəzzada son 24 saat ərzində 67 nəfər ölüb, 184 nəfər yaralanıb.

İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda isə 3986 insan həyatını itirib, 11451 nəfər yaralanıb.

2023-cü il oktyabrın 7-dən etibarən həyatını itirənlərin sayı 54 min 249-a, yaralıların sayı isə 123 min 492-yə yüksəlib.