“Qəzzada quru əməliyyatı bütün məqsədlərə çatana qədər davam edəcək”.
Azpost.info xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçay Adri bildirib.
Onun sözlərinə görə, hərbçilər bunu həyata keçirməyə hazırdır.
Adri qeyd edib ki, İsrail regional və beynəlxalq tərəflər arasında razılaşma olacağı təqdirdə Qəzza əhalisinə humanitar yardımın çatdırılmasının əleyhinə deyil, lakin anklavın tam blokadası hələ də götürülməyəcək.
Azpost.info