“Qəzzada xəstəxanada partlayış İsrailə atılmış raketlə törədilib” –Britaniya kəşfiyyatı

Böyük Britaniya kəşfiyyatı Qəzzada xəstəxanada partlayışın ehtimal ki, İsrailə atılmış raket nəticəsində törədildiyi qənaətinə gəlib.

“Sky News“ xəbər verir ki, Baş nazir Rişi Sunak İcmalar palatasında çıxışı zamanı bildirib ki, hökumət ölkə kəşfiyyatının məlumatları və təhlilləri, həmçinin, silah ekspertlərinə əsaslanaraq partlayışın Qəzzadan atılmış raketlə törədildiyi qənaətinə gəlib.

“Mən indi bizim qiymətləndirməmizi palata ilə bölüşə bilərəm. Bizim kəşfiyyatımızın dərin məlumatı və təhlilinə, silah ekspertlərinə əsasən, Britaniya hökuməti partlayışın ehtimal ki, Qəzzadan İsrailə doğru atılmış raket və ya onun parçaları səbəbi ilə baş verdiyi qənaətindədir”, – Sunak deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.