“Qəzzanın bütün hissələrinə müntəzəm yardım daxil olmalıdır”- HƏMAS

HƏMAS təkid edir ki, Qəzza zolağına humanitar yardım daimi olaraq “Rəfah” keçidi vasitəsilə və tək cənuba yox, anklavın bütün hissələrinə daxil olmalıdır

Azpost.info xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında yaydığı bəyanatda deyilir.

HƏMAS girişi razılaşdırılan humanitar yardım daşıyan 20 yük maşınının kifayət etmədiyini və “Qəzzanın daha çox dərman və qidaya ehtiyacı olduğunu bildirib.

“Biz yaralıların xaricdə müalicə olunması, həmçinin Qəzza zolağının şimal və cənub bölgələrinə yardımların çatdırılması üçün “Rəfah” keçidinin daimi əsasda açılmasının vacibliyini bəyan edirik”, – bəyanatda bildirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.