Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub- RƏSMİ

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur.

Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.

“İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur” – XİN rəsmisi bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.