Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.
“RİA Novosti”nin verdiyi məlumata görə, E.Moralesin yaşayacağı şəhər Boliviya sərhədi yaxınlığında yerləşir. Bildirilir ki, Boliviyanın sabiq prezidenti şəhərdə gələn həftə məskunlaşacaq və oradan öz partiyasının 2020-ci il seçkilərində prezidentlik kampaniyasına rəhbərlik edəcək.
Məlumata əsasən, orada həmçinin sabiq vitse-prezident Alvaro Qarsiya Linera və sabiq perzidentlə işləyən digər şəxslər yaşayacaq.