Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Qaçqınkom” 22 milyonluq maliyyə pozuntularına aydınlıq gətirib

User 07 İyun 2023 - 16:26 (Last updated: 21 May 2025 - 20:15)
qacqinkom_qachin_mecburi_kochkun_komite_130217

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Hesablama Palatasının qurumda apardığı auditin nəticələrinə münasibət bildirib.

Dövlət Komitəsindən bildirilib ki, bu il Hesablama Palatası tərəfindən aparılan və 2020-2022-ci illəri əhatə edən audit nəticəsində büdcə vəsaitindən düzgün istifadə edilməməsi ilə bağlı müəyyənləşən hallar, əsasən, məcburi köçkünlərə verilən vahid aylıq müavinətlə bağlıdır.

Qeyd olunub ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda ilə tənzimlənir: “Audit həmin Qayda ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığını, müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmadığını müəyyənləşdirib.

 

Audit rəyində istifadəsi düzgün sayılmayan məbləğin əsas hissəsini, yəni 70,6 faizini (14,2 mln manat) sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları, 22,4 faizini (4,5 mln manatı) isə dövlət qulluğunun xüsusi növündə xidmət etdikləri dövrdə məcburi köçkünlük statusuna malik şəxslərə ödənilmiş vahid aylıq müavinət təşkil edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zaman vahid aylıq müavinət almış məcburi köçkünlərin 49,4 faizi (7338 nəfər) 2020-2022-ci illərdə müxtəlif vaxtlarda sahibkarlıq fəaliyyətini dayandırıb, dövlət qulluğunun xüsusi növündə xidmət edən və həmin dövrdə müavinət alan məcburi köçkünlərin isə, ilkin məlumatlar əsasında, 53,6 faizinin (1579 nəfər) 2020-2022-ci illərdə müvafiq vaxtlarda dövlət qulluğunun xüsusi növündə xidməti fəaliyyətinə xitam verilib. Hər iki hal, mövcud qaydalara uyğun olaraq, cari dövrdə həmin şəxslərin vahid aylıq müavinət almaq hüququnun bərpa edilməsi ilə nəticələnib. Məlumat üçün bildiririk ki, məcburi köçkünlərə verilən vahid aylıq müavinətin ödənişinin operativliyini təmin etmək və bu sahədə idarəetməninin optimallaşdırılması məqsədilə 2022-ci ildə “Elektron hökumət” portalında müvafiq informasiya sistemi yaradılıb. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar kimi məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan vəsaitlərdən səmərəli istifadə edilməsi, bu sahədə fəaliyyətin optimallaşdırılması, effektivliyinin artırılması komitənin əsas vəzifələrindəndir və vahid aylıq müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınması barədə auditin tövsiyələri bundan sonra da yerinə yetiriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində audit aparıb. Audit zamanı məlum olub ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları” ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmayıb. Belə ki, Komitə tərəfindən Qaydaların 2.2-ci, 2.12-ci və 2.13-cü bəndlərində göstərilmiş kateqoriyalar çərçivəsində hüquqi aktlarda müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmaması büdcə xərclərinə ümumilikdə 20,1 mln. manat məbləğində əlavə tələbatın formalaşmasına şərait yaratmaqla vəsaitin düzgün istifadə olunmaması ilə nəticələnib. Vahid aylıq müavinət ödənişi həyata keçirilmiş məcburi köçkünlərdən 2020-2022-ci illərdə dövlət qulluğu vəzifəsində işlədiyi dövrdə 767 nəfərə, dövlət qulluqçusu kimi yaşa görə pensiya ilə təmin olunduğu dövrdə 242 nəfərə, dövlət qulluğunun xüsusi növündə xidmət etdiyi dövrdə 2943 nəfərə, qeydiyyat ünvanını ərazisi işğal olunmamış rayona dəyişmiş 70 nəfərə müavinət ödənilib. (APA)

Post navigation

Previous: Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatıb
Next: “Ukrayna əks-hücum üçün milyonluq ordu toplayıb”

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.