Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qadın 63 ildən sonra doğma ailəsini tapıb

User 05 İyun 2023 - 07:30 (Last updated: 21 May 2025 - 20:15)
usaq itkin

Afrikanın Zimbabve dövlətində anadan olan Cen Edvards 63 yaşında bioloji ailəsini tapıb.

Azpost.info bildirir ki, bu barədə “Metro” portalı məlumat yayıb.

Qadın övladlığa götürüldüyü ailədə böyüyüb və valideynləri bunu heç vaxt gizlətməyib. Edvards bütün həyatı boyu bioloji anasının kim olduğunu və onu niyə tərk etdiyini bilmək istəyib. Lakin bu barədə onu övladlığa götürən valideynlərindən soruşmağa cəsarət etməyib.

“20 yaşım olanda övladlığa götürən anam və atam  vəfat etdilər. Mən suallardan başqa uzun illər özümdə etibarsızlıq, şübhə hissi keçirdim “- deyə deyə qadın xatırlayıb.

50 yaşında Edvards kilsədə keşişin yanına gedib mənəvi yardım istəyib. Keşi qadını öz bioloji ailəsini tapmağa inandıra bilib. Müqəddəs ata deyib ki, bu ona rahatlıq verəcək. 59 yaşında Edvards DNT testi şirkətinə müraciət edib  və Zimbabvenin müvafiq idarələrindən doğum haqında şəhadətnaməsini istəyib.

Dörd il sonra qadın Cənubi Afrikada yaşayan üç bioloji qardaşını və bacısını tapa bilib. Edvards guman edib ki, qohumlar onunla əlaqə saxlamaqdan imtina edəcəklər.  “Xoşbəxtlikdən onlar gözəl insanlar çıxdılar.  Heç vaxt eşitmədikləri bir bacılarının olması onlarda böyük şok yaratdı. Buna baxmayaraq, məni mehribanlıqla və rəğbətlə qarşıladılar “deyə Edvars bildirib.

Məlum olub ki, Edvardsın bioloji anası bir neçə il əvvəl vəfat edib. Ana heç vaxt onun mövcudluğu haqqında digər uşaqlarına danışmayıb. Qardaşlar qadına bildiriblər ki, anaları ataları ilə evlənməzdən əvvəl bir gənclə nişanlı olub. Həmin gənc isə motosiklet qəzasında həlak olub. Çox guman ki, bu Edvardsın atası olub.

Hazırda qadın internet vasitəsi ilə qohumları ilə ünsiyyət qurur. “Hələ görüşmək planımız yoxdur. Bununla belə, gələcəkdə Cənubi Afrikaya gəlsəm, görüşmək planım var”, – deyə Edvards deyib.

Azpost.info

Post navigation

Previous: Rayonlarda leysan yağışı yağıb
Next: Al Paçino sevgilisi Nur Alfalladan atalıq testindən keçməsini tələb edib

Oxşar xəbərlər

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00

xƏBƏR

piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
PayPal və Palantir şirkətlərinin həmtəsisçisi, milyarder investor və Respublikaçılar Partiyasının tərəfdarı Piter Til ABŞ Prezidenti Donald Trampın...
Read more about “İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə virus huceyre
  • Maraqlı

Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə

User 23 Oktyabr 2026 - 13:28
Sumqayıtda ağacəkmə aksiyası keçirilib aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.